Lana Del Rey

Lana Del Rey
ing. Elizabeth Woolridge Grant
Ümumi məlumatlar
Doğum adı Elizabeth Woolridge Grant[3]
Ləqəbi Lana Del Rey
Doğum tarixi 21 iyun 1985(1985-06-21)[1][2] (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, aktrisa, kino aktrisası, səsyazma sənətçisi[d], müğənni, musiqi prodüseri, şair
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar indi-pop, barokko-pop[d], trip hop[d], sedkor[d], drim-pop[d], indi-rok[5], sloukor[d], psixodelik rok, psixodelik pop[d], rok, R&B
Musiqi alətləri gitara
Səs tembri messo-soprano
Albom şirkətləri Interscope Records, Polydor Records
Təhsili
  • Kent məktəbi[d],
  • Fordhem Universiteti[d]
İmzanın şəkli
lanadelrey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985[1][2], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı müğənni-mahnı yazarı. Melanxolik, qlamur və kino üslublu mahnılarına görə tanınır. Lana iki "Brit", üç "MTV Europe Music Awards" və bir "Satellite" mükafatı laureatıdır. On bir dəfə "Qremmi"yə namizəd göstərilmiş, ancaq heç birini qazanmamışdır. [6] Variety onu "XXI əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" adına layiq görüb.[7][8]

Lana Del Rey Nyu-York ştatının ətrafında böyüyüb. Müğənni kimi karyera qurmaq üçün 2005-ci ildə Nyu-York şəhərinə köçüb. 2011-ci ildə çıxardığı "Video Games" sinqlının viral uğurundan sonra Polydor və Interscope[9] şirkətləri ilə müqavilə bağlayıb. 2012-ci ildə "Summertime Sadness" hitinin daxil olduğu ikinci albomu "Born to Die" sayəsində kommersiya uğuru qazanmışdır. Onun 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200 cərgəsinə daxil olub. Lana "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki musiqi üslubuna geri qayıdıb. Tənqidçilər tərəfindən bəyənilən altıncı albomu "Norman Fucking Rockwell!" soft rok janrı ilə diqqət çəkib.[10] Onun növbəti studiya albomları "Chemtrails over the Country Club" və "Blue Banisters" 2021-ci ildə işıq üzü görüb. Lananın doqquzuncu albomu "Did You Know That There's a Tunnel Under Ocean Blvd" 2023-cü ildə buraxılıb. Lana Del Rey sayca onuncu albomu olan "Lasso"-nu 2024-cü ilin sentyabrında buraxmağı planlaşdırır.

Lana həmçinin müxtəlif filmlər üçün mahnılar yazıb ifa etmişdir. 2013-cü ildə qısa musiqili film "Tropiko"nun ssenarisini yazıb baş rolda oynamışdır.[11] Həmin il ekranlara çıxan "Böyük Qetsbi" filmi üçün "Young and Beautiful" mahnısını buraxmışdır. Bu mahnısına görə "Qremmi" mükafatına namizəd göstərilib. 2014-cü ildə "Malefisenta" filmi üçün "Once Upon a Dream" mahnısını səsləndirib. 2014-cü ildə kinorejissor Tim Börtonun "Böyük gözlər" filmi üçün də mahnı yazıb. Sözügedən mahnı "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Lana 2019-cu ildə işıq üzü görmüş "Çarlinin mələkləri" filmi üçün isə "Don't Call Me Angel" mahnısını ifa etmişdir. 2020-ci ildə o, "Violet Bent Backwards Over the Grass" adlı şeir və fotoqrafiya kolleksiyasını nəşr etdirib.

  1. 1 2 http://www.rollingstone.com/music/news/18-things-you-learn-after-two-long-days-with-lana-del-rey-20140724.
  2. 1 2 Lana Del Rey // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  3. IMDb (ing.). 1990.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #1018167048 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Montreux Jazz Festival Database.
  6. "Lana Del Rey". The Recording Academy. March 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2016.
  7. Earl, William. "Jack Harlow, Olivia Rodrigo, Lil Nas X, Lana Del Rey and More to Be Honored at Variety's Hitmakers Event". Variety (ingilis). November 19, 2021. 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-05.
  8. Earl, William. "Lana Del Rey Gives Emotional Speech While Accepting Variety Hitmakers' Decade Award: 'I'm Grateful for All the Criticism — I Get a Lot'". Variety (ingilis). December 4, 2021. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-05.
  9. Harris, Paul. "Lana Del Rey: The strange story of the star who rewrote her past". The Guardian. January 21, 2012. June 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2016.
  10. Spanos, Brittany. "Lana Del Rey Announces 'Norman F-cking Rockwell' Release Date – Rolling Stone". rollingstone.com (ingilis). July 31, 2019. December 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2022. Norman Fucking Rockwell will be out on August 30th.
  11. Cooper, Duncan. "Why Did Lana Del Rey Make a 30-Minute Video About God, and What Does It Mean for Me?". thefader.com. December 6, 2013. November 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search